...

Jurnalistlərin növbəti qrupunun vaksinasiya olunacağı vaxt açıqlandı

Gündəm Materials 23 Aprel 2021 17:20 (UTC +04:00)
Jurnalistlərin növbəti qrupunun vaksinasiya olunacağı vaxt açıqlandı

Bakı. Trend:

Aprelin 26-da Azərbaycan Mətbuat Şurasında (MŞ) jurnalistlərin “COVID-19” infeksiyasına qarşı vaksinasiyası davam etdiriləcək.

Şuradan Trend-ə bildirilib ki, indiyədək MŞ-də 200-dək jurnalist peyvənd olunub. Şuraya bununla əlaqədar əlavə 150-dən artıq yeni müraciət daxil olub. Müraciət edənlər vaksinasiyanın aparılacağı barədə məlumatlandırılıblar. Onlar növbəlilik əsasında peyvənd oluna biləcəklər.

Jurnalistlərə vurulacaq vaksinin adı açıqlandı

Jurnalistlərə vurulacaq vaksinin adı açıqlandı

Mətbuat Şurası KİV redaksiyalarından yaşı 18-dən yuxarı olan və vaksinasiyadan keçməyən əməkdaşlarının siyahısını Şuraya ünvanlamağı xahiş edir. Siyahı redaksiyanın rəsmi blankında olmalı və möhürlə təsdiqlənməlidir. Orada vaksinasiya olunacaq jurnalistlərlə bağlı aşağıdakılar yer almalıdır:

Adı, soyadı, atasının adı; Doğum tarixi; Şəxsiyyət vəsiqəsinin rekvizitləri (seriya və nömrə və ya fin kod); Əlaqə vasitələri (şəhər telefonu və mobil telefon).

Siyahı şəxsən də, Mətbuat Şurasının [email protected][email protected] elektron poçt ünvanlarına da (PDF faylda skan olunmuş formada) göndərilə bilər.

Mətbuat Şurasından əlaqələndirici şəxs Əvəz Rüstəmov: (012) 441 35 30; (050) 206 96 02

Məqalədə:
Xəbər lenti

Xəbər lenti