...

Ötən həftə 90,8 hektar ərazi minalardan təmizlənib

Gündəm Materials 26 Aprel 2021 14:29 (UTC +04:00)
Ötən həftə 90,8 hektar ərazi minalardan təmizlənib

Bakı. Trend:

Ötən həftə 90,8 hektar ərazi minalardan təmizlənib.

Trend-in məlumatına görə, Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

Məlumata görə, aprelin 19-dən 24-dək əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 82, tank əleyhinə 18 mina və 79 partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 90,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti