...

Bakıda daha bir marşrut xətti kart sisteminə keçdi

Gündəm Materials 2 İyun 2021 13:19 (UTC +04:00)
Bakıda daha bir marşrut xətti kart sisteminə keçdi

Bakı. Samir Əli - Trend:

Bakıda 216 nömrəli marşrut xətti (Balaxanı qəsəbəsi - "Koroğlu" m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Balaxanı qəsəbəsi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti