Bakı. Trend:
Orduya dəstək yürüşündəki insidentlə bağlı təqsirləndirilənlərə şərti cəza verilməsi istənilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə istintaq edilmiş cinayət işi üzrə həm əvvəl, həm də bu gün keçirilmiş məhkəmə iclası zamanı dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəzanın şərti tətbiq edilməsi xahiş edilmişdir.