...

Bakıda bu istiqamətlərdə yollarda sıxlıq yarandı

Gündəm Materials 25 İyun 2021 08:51 (UTC +04:00)
Bakıda bu istiqamətlərdə yollarda sıxlıq yarandı

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agemtliyi paytaxt ərazisində sıxlıq yaranan avtomobil yollarının siyahısını açıqlayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, hazırda Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq, 20 Yanvar dairəsi istiqaməti), Tbilisi prospekti - (A.Salamzadə küçəsi ilə kəsişməyə qədər,Şəhər mərkəzi istiqaməti), Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər,Şəhər istiqamətində), Abbasqulu ağa Bakıxanov küçəsi (Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqaməti), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Abdulvahab Salamzadə küçəsi – Əsas yol - (Qələbə dairəsindən başlayaraq, Ziya Bünyadov prospekti istiqamətində) sıxlıq müşahidə olunur.

Həmçinin Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasının yaxınlığından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində də avtomobillərin hərəkətində sıxlıq var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti