...

Bakıda yataqxanadakı yanğın tam söndürülüb

Gündəm Materials 22 İyul 2021 11:37 (UTC +04:00)

Bakı. Trend:

Bakıda yataqxanada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində beşmərtəbəli yataqxana binasında yanğın olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu ünvana cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq tam söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti