13 nəfərlik erməni silahlı dəstənin üzvlərinə hökm oxundu (ƏLAVƏ OLUNUB)

13 nəfərlik erməni silahlı dəstənin üzvlərinə hökm oxundu (ƏLAVƏ OLUNUB)

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun - Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azad Məcidov sədrliyi ilə keçirilən prosesdə iş üzrə sənədlər elan edilib.

Daha sonra prosesdə məhkəmə istintaqın başa çatdığı elan olunub və prokuror çıxış edib.

Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxslər barəsində olan Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) maddələrinin ittihamdan xaric edilməsini istəyib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələrdə təqsirli bilinmələrini və onların hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Dövlət ittihamçısı çıxışında qeyd edib ki, ittiham olunan şəxslərin cəzaları başa çatandan sonra Azərbaycan hüdudlarından çıxarılsın.

Daha sonra prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər.

Onlar çıxışında Azərbaycan hökümətinə, Azərbaycanın məhkəmə sisteminə və proses iştirakçılarına təşəkkür ediblər.

Hakimlər kollegiyası hökm qəbul etmək üçün müşavirəyə yollanıb.

Müşavirədən sonra prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib. Dəstə üzvlərinin cəza müddəti 2020-ci il dekabrın 13-dən hesablanacaq.

Hökmə əsasən, təqsirləndirilən şəxslər ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzalarını tam çəkdikdən sonra Azərbaycan ərazisindən dərhal çıxarılmalıdır.

Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib

İğdırdan Azərbaycana yol çəkiləcək - Ərdoğan
İğdırdan Azərbaycana yol çəkiləcək - Ərdoğan
Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq
Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq
Ermənilər məscidlərdə heyvan saxlayıb, müqəddəs yerlərdə çirkin əməllər törədiblər - Haqqı Uyğur
Ermənilər məscidlərdə heyvan saxlayıb, müqəddəs yerlərdə çirkin əməllər törədiblər - Haqqı Uyğur
Loading Bars
Xəbər lenti
Avropa İttifaqı Əfqanıstanda öz nümayəndəliyinin açılması üzərində işləyir - Borrel
Biləsuvarda ev yanıb
Azərbaycanda kompüter və elektron avadanlıq satışı 20 faizdən çox artıb
“Azərbaycan Opera İnciləri” filmi təqdim edilib (FOTO)
Şəhid tabor komandirinin xatirəsi yad edilib (FOTO)
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Balakəndə sel: 25 ailə təxliyə edilib, qaz, elektrik və su təchizatında problemlər var
İki milyardıncı "iPhone" satıldı
İğdırdan Azərbaycana yol çəkiləcək - Ərdoğan
AHİK sədri Səttar Möhbalıyev İstanbulda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO)
Azərbaycan Könüllülərinin İnkişaf Proqramına start verilir (FOTO)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Rəcəb Tayyib Ərdoğan və Binəli Yıldırımla görüşüblər
Zaqatalada çayda batan kişinin meyiti belə tapıldı (VİDEO)
AQTİ ilə Ümumrusiya Bitki Karantini Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
Türkiyə hərbçiləri daha 11 terrorçunu zərərsizləşdirib
“DEFSCOPE Cybersecurity Bootcamp 2021” yekunlaşdı (FOTO)
İqlim fəlakətləri ilə əlaqədar bu il 20 milyon nəfər evini tərk edib
İƏT MDİHK nümayəndə heyəti ANAMA-da olub
30 məktəbə yeni direktor təyin edilib
Hər birinizin çıxışını həyəcanla izləyirdik - DOST sədri (FOTO)
Medianın İnkişafı Agentliyində məişət zorakılığı ilə bağlı müzakirə aparılıb (FOTO)
Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq
Sentyabrın 24-nə USD/AZN rəsmi məzənnəsi
Ermənilər məscidlərdə heyvan saxlayıb, müqəddəs yerlərdə çirkin əməllər törədiblər - Haqqı Uyğur
Daha 13 müəssisədə pozuntular aşkarlanıb
İctimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlər cərimələnib (FOTO)
Yuxarı ətrafları amputasiya olunmuş qazilər üçün də son nəsil protezlər gətirildi (FOTO)
Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşü keçirilib
Fotoqraf Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub (FOTO)
Ceyhun Bayramov BMT Baş Assambleyasının sessiyası çərçivəsində üzv ölkələrin xarici işlər nazirləri ilə görüşüb (FOTO)
Universitetlərdə auditoriyalardan istifadəyə məhdudiyyət qoyulacaq
ADNSU-da COVİD-19-la əlaqədar İşçi Qrup və təcrid olunmaq üçün otaqlar təşkil olunub (FOTO)
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 178 nəfər koronavirusa yoluxub, 24 nəfər vəfat edib
Ceyhun Bayramov Finlandiyanın xarici işlər naziri Pekka Olavi Haavisto ilə görüşüb (FOTO)
Bakıda bu ünvanda kəsilən ağacların yerinə yeniləri əkildi (FOTO/VİDEO)
Universitetlərdə dərslərin vaxtı 80 dəqiqə ola bilər
Ağdamda İran nümayəndə heyətinə erməni vandalizmi ilə bağlı fotofaktlar təqdim edilib (FOTO)
“Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021” hesabatının təqdimatı olub (FOTO)
DGK sədri İsrailin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Naxçıvanda müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün vəsait ayrıldı - SƏRƏNCAM
Azərbaycan bir neçə ölkə ilə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edib
Könül Nurullayeva şəhidlərimizin xatirəsinə ucaldılan abidənin açılışında iştirak edib (FOTO)
Azərbaycanda Rusiya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəliyi açılacaq
Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibi dəyişib
İqtisadiyyat Nazirliyi bu işlərə görə məsuliyyət daşımayacaq
Azərbaycanda bir sıra iri şirkət ləğv edilir
Bakıda torpağın qiyməti bahalaşıb
Bülbülün Şuşadakı ev muzeyinə direktor təyin edilib
İlahiyyat İnstitutunda tədris ilinin başlanması ilə əlaqədar iclas keçirilib (FOTO)
Day.Az Media şirkəti və MÜSİAD arasında əməkdaşlıq müqaviləsi imzalanıb (FOTO)
Polis Akademiyasının 100 illik yubileyi qeyd olunub (FOTO)
Ağdamda hər yeri yerlə yeksan edib, dağıdıblar - Gürcü bloger
Dövlət Reklam Agentliyinin əməkdaşları İkinci Fəxri Xiyabanı ziyarət ediblər (FOTO)
Siyəzənin kəndlərində mərkəzləşdirilmiş su təchizatı sistemləri istismara verilib (FOTO)
Kapital Bank yeni ev alanlara “Hədiyyə sertifikatı” təqdim edir
Ermənistan tərəfindən yenidən təxribat baş versə, anti-terror əməliyyatları qaçılmaz olacaq - Deputat
Nobel mükafatlarının təqdimetmə mərasimində dəyişiklik edilib
İranda daha 317 nəfər koronavirusdan ölüb
Azərbaycan daha bir beynəlxalq sazişi təsdiq edir
Astara sakinindən 6 kiloqramdan çox narkotik aşkarlandı (FOTO)
Vətən müharibəsində yaralanmış iki minədək qaziyə əlillik və sosial ödənişlər təyin edilib
Ağdamda kəndlər, tarixi abidələr xarabalığa çevrilib - Gürcüstanlı ekspert
Azərbaycan və Macarıstan arasında saziş imzalanıb (FOTO)
Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb (FOTO)
Nazirlik və Qarabağ Dirçəliş Fondu arasında Anlaşma Memorandumu imzalanıb
Suraxanıda yolların yenidən qurulmasına 6 milyon manat ayrılıb - SƏRƏNCAM
“DEFSCOPE Cybersecurity Bootcamp 2021” yekunlaşıb (FOTO)
İran XİN müavini Ağdama səfər edib (FOTO)
Milli Paralimpiya komandalarına baş məşqçilər təyin olunub
Balakən və Zaqatalada evləri su basıb, əraziyə helikopter cəlb olunub
Qarabağ Dirçəliş Fondunun #KarabakhChallenge kampaniyasına siz də qoşulun! (FOTO)
Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin Tehranda görüşü planlaşdırılır
Gürcüstanlı jurnalist və blogerlər Ağdama səfər ediblər (FOTO)
“Sərhəddə ticarət” işçi qrupunun iclası keçirilib (FOTO)
Balakən-Zaqatala zonasındakı çaylarda daşqın olub
Azərbaycan nefti bahalaşıb
Beynəlxalq imtahanlara yazılmaq üçün Vahid Qeydiyyat Platforması istifadəyə verilib
Rusiyada koronavirusa yoluxma və ölüm halları artıb
Latviyalı mütəxəssislərlə fitosanitar tədbirlərin gücləndirilməsi müzakirə olunub (FOTO)
Sabah bəzi rayonlarda leysan, dolu gözlənilir
ADA Universitetində keçirilən brifinq çərçivəsində Reza Deqatinin sərgisi təşkil edilib (FOTO)
Paralimpiya çempionu fiziki əngəllilərə müraciət etdi: Evdə oturmağa son qoymaq lazımdır
Yeni sənaye parklarının yaradılması planlaşdırılır - Mikayıl Cabbarov
ABŞ dövlət katibinin müavini Azərbaycana təşəkkür edib
Səhər yollarda sıxlıq bu səbəbdən yaranır - Yol polisindən müraciət
Bakıda yarımstansiyada yanğın olub
Sahibkarsan? Biznesin artıq CİBindədir!
Azərbaycanda beşillik iqtisadi inkişaf planı hazırlanır
Əməliyyat olunan sabiq icra başçısının son durumu açıqlandı
Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi açıqlanıb
Azərbaycan qeyri-neft ixracını 2,2 milyard dollaradək artırmağı planlaşdırır – Mikayıl Cabbarov
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
Tədarükün şaxələndirilməsinə xidmət edən enerji layihələrinə investisiyaları davam etdirmək istəyirik - ABŞ energetika naziri
Azərbaycanda biznesə dəstək üçün 1,9 mindən çox müraciət təsdiqlənib - Nazir (FOTO) (ƏLAVƏ OLUNUB)
DOST Agentliyi “Paralimpiya Oyunlarının mükafatçılarına SMM dəstək” layihəsinə başlayır (FOTO)
Antisanitar şəraitdə işləyən süd qəbulu məntəqəsi bağlanıb (FOTO)
Bakıda 321 qəza nəticəsində 127 nəfər ölüb
Qarabağda “Yaşıl Enerji Zonası” Konsepsiya sənədinin yekun hesabatı tamamlanmaq üzrədir - Dövlət Agentliyinin direktoru (MÜSAHİBƏ)
BDU-nun köhnə yataqxanaları nə zaman yenilənəcək? - Universitetdən açıqlama
Bütün xəbərlər