...

Lənkərandakı meşə yanğını söndürülüb

Gündəm Materials 4 Avqust 2021 13:22 (UTC +04:00)
Lənkərandakı meşə yanğını söndürülüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Lənkəran rayonu, Moloja kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 10 ha sahədə kol-kos, quru ağaclar və qismən ağaclar yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) və Aviasiya dəstəsinin helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər tərəfindən söndürülüb.

Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti