...

Gədəbəydə karantin qaydalarını pozan restoran sahibi məsuliyyətə cəlb olunub (FOTO)

Gündəm Materials 8 Avqust 2021 11:23 (UTC +04:00)
Gədəbəydə karantin qaydalarını pozan restoran sahibi məsuliyyətə cəlb olunub (FOTO)

Bakı. Trend:

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, tədbirlər zamanı “Ovqat” şadlıq sarayında keçirilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi aşkarlanıb.

Aşkarlanan qayda pozuntuları ilə bağlı sarayın inzibatçısı barəsində qanuna müvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti