...

Rövşən Əkbərovun məhkəməsi təxirə düşdü

Gündəm Materials 25 Avqust 2021 11:10 (UTC +04:00)
Rövşən Əkbərovun məhkəməsi təxirə düşdü

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Hərbi Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Trend-in məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilməli olan prosesə məhkəmə tərkibindəki hakimlərdən biri gəlmədiyindən proses sentyabrın 1-nə təyin edilib.
Qeyd edək ki, aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti