...

Niderlandda iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edildi

Gündəm Materials 25 Sentyabr 2021 18:47 (UTC +04:00)
Niderlandda iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edildi

Bakı. Trend:

Niderlandın İqtisadiyyat və İqlim Siyasəti Nazirliyinin baş katibi vəzifəsini icra edən Mona Keyzer "COVID" sertifikatı haqqında dedikləri üçün vəzifəsindən azad edilib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin NTK dövlət telekanalı məlumat yayıb.

Məlumata əsasən, qərarı Baş nazir vəzifəsini icra edən Mark Rütte verib .

Daha əvvəl "De Telegraaf" qəzetinə verdiyi müsahibədə xanım Keyzer insanlara "COVID" sertifikatlarının bəzi yerlərdə niyə lazım olduğunu, digər yerlərdə lazım olmadığını izah etməyin getdikcə çətinləşdiyini deyib. Sabiq katib qaydalara şübhə ilə yanaşıb və prosesi fərqli bir şəkildə təşkil edilməsi barədə fikir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti