...

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə təlimi başlayıb

Gündəm Materials 4 Oktyabr 2021 11:34 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstanın Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2021” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.

Təlim oktyabrın 8-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti