...

Ombudsmanın Quba Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Gündəm Materials 26 Noyabr 2021 17:40 (UTC +04:00)
Ombudsmanın Quba Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba Regional Mərkəzi, Quba Rayon Polis Şöbəsi və Quba Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Alekseyevka kənd tam orta məktəbində “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbirdə adıçəkilən qurumların nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Şagirdlərlə görüşdə çıxış edən Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev narkomaniyanın insan sağlamlığı və bütövlükdə cəmiyyət üçün yaratdığı problemlər, narkomaniya ilə mübarizə istiqamətində həyata keçirilən maarifləndirmə işləri, bu sahədə qəbul olunan müxtəlif dövlət proqramları, sağlam həyat tərzinin vacibliyi haqqında geniş məlumat verib.

Çıxışlarda müasir dövrün faciəsi olan narkomaniyanın qarşısının alınmasında bütün qurumların və vətəndaşların üzərinə məsuliyyət düşdüyü qeyd edilib.

Daha sonra iştirakçıların sualları cavablandırılıb, onların fikirləri dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti