...

Müayinədən keçirilmiş 2193 nəfərin narkotik istifadəçisi olduğu müəyyən edilib - DİN-in idarə rəisi

Gündəm Materials 30 Noyabr 2021 12:17 (UTC +04:00)
Müayinədən keçirilmiş 2193 nəfərin narkotik istifadəçisi olduğu müəyyən edilib - DİN-in idarə rəisi

Bakı. Trend:

Narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2981 nəfərdən 2193-nün narkotik istifadəçisi olması müəyyən edilib.

Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrinin “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda keçirilən birgə dinləmələrində deyib.

Onun sözlərinə görə, cari ilin 10 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 55 600 nəfər istiqamətləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti