...

Qaradağda iməclik keçirilib (FOTO)

Gündəm Materials 5 Dekabr 2021 12:38 (UTC +04:00)
Qaradağda iməclik keçirilib (FOTO)

Bakı. Trend:

4 dekabr 2021-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin tövsiyəsinə uyğun olaraq Qaradağ rayonunun bütün qəsəbələrində iməclik keçirilmişdir.

Trend xəbər verir ki, rayonun küçələrində, səki kənarları, səkilər və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulmuş, zədələnmiş ağaclar budanmış, digər təmizlik və dezinfeksiya işləri görülmüşdür.

Eyni zamanda rayonda fəaliyyət göstərən sahibkarlara obyektlərində təmizlik işləri aparmaqla obyektlərin pəncərələrinin yuyulması və digər dezinfeksiya işlərinin aparılması tövsiyə olunmuşdur. Bundan başqa ərazidə zibilliklər yığışdırılmış, yaşıllıqlara müvafiq qulluq göstərilmişdir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti