Bakı. Elçin Mehdiyev – Trend:
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilib.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
Dəyişikliklə, aşağıdakı şəxslərin 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilməsi təklif edilib:
1. Zeynalov Vüqar Eldar oğlu
2. Abdullayeva İlhamə Xanlar qızı
Namizədliyi gənclər təşkilatları tərəfindən irəli sürülmüş şəxslər:
1. Əliyev Azər Ruslan oğlu
2. Axundova Ülviyyə Süleyman qızı
Namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş şəxslər:
1. Yusifova Sevil Şərif qızı
2. Mansurova Zirəngiz Dəmirçi qızı.
Müzakirələrdən sonra Yayım Şurasının tərkibi səs qoyularaq təsdiq edilib.