...

ÜST 12 yaşadək yeniyetmələrə azaldılmış dozada Pfizer peyvəndini tövsiyə edib

Gündəm 22 Yanvar 2022 06:14 (UTC +04:00)
ÜST 12 yaşadək yeniyetmələrə azaldılmış dozada Pfizer peyvəndini tövsiyə edib

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Pfizer COVID-19 əleyhinə peyvəndin azaldılmış dozasının 5-11 yaş arası uşaqlara tətbiqinin genişləndirilməsini tövsiyə edib.

Trend xəbər verir ki, belə qərar tövsiyə immunizasiya üzrə Strateji Mütəxəssislər Qrupunun (SAGE) peyvəndi qiymətləndirmək üçün keçirdiyi iclasdan sonra qəbul olunub.

Hazırda Pfizer peyvəndi 12 yaş və yuxarı insanlar üçün istifadə üçün tövsiyə olunur. Yeniyetmələr üçün isə böyüklərə tövsiyə olunan 30 milliqram əvəzinə 10 milliqram tövsiyə olunur.

"Bu yaş qrupu (5-11) yanaşı xəstəlikləri olan uşaqlar istisna olmaqla, peyvənd üçün ən aşağı risk qrupundadır", - SAGE sədri Alexandro Kravioto brifinqdə söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti