...

ÜST koronavirus pandemiyasının Avropada tezliklə bitəcəyini ehtimal edib

Gündəm 24 Yanvar 2022 02:22 (UTC +04:00)
ÜST koronavirus pandemiyasının Avropada tezliklə bitəcəyini ehtimal edib

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Direktoru Hans Kluge bildirib ki, tezliklə koronavirus pandemiyası sona çata bilər.

Trend xəbər verir ki, o bu barədə Frans Press nəşrinə müsahibəsində söyləyib.

"Avropa bölgəsi koronavirus pandemiyasının sonuna yaxınlaşmağı ehtimalı böyükdur. Peyvəndləmə nəticəsində kütləvi immunitetin yaranması səbəbindən "Omicron" ştammından sonra bir neçə həftə və ya ay ərzində sakitlik dövrü başlaya bilər", - deyə Kluge vurğulayıb.

Eyni zamanda, ÜST nümayəndəsi əhalini ehtiyatlı olmağa çağırıb, çünki bu, virusun müəyyən ərazi üçün xarakterik olan endemik fazaya keçəcəyi anlamına gəlmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti