...

Ukrayna prezidenti Beynəlxalq Legionun yaradıldığını elan edib

Gündəm Materials 27 Fevral 2022 11:13 (UTC +04:00)

Bakı. Trend:

Prezident Vladimir Zelenski əcnəbiləri Ukraynaya gələrək rus qoşunlarına qarşı döyüşə qoşulmağa çağırıb.

Trend Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının Ukraynaya onun mübarizəsində kömək etmək istəyən xarici dövlətlərin vətəndaşlarına müraciətində deyilir.

Prezident Ukraynanın dostu olan bütün xarici ölkələrin vətəndaşlarına müraciət etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti