...

Xarkova atılan raket Azərbaycan konsulluğunun yaxınlığına düşüb

Gündəm Materials 1 Mart 2022 11:51 (UTC +04:00)
Xarkova atılan raket Azərbaycan konsulluğunun yaxınlığına düşüb

Bakı. Trend:

Xarkova bir az əvvəl atılan raket Azərbaycan bu şəhərdəki fəxri konsulluğunun binasının yaxınlığına düşüb.

Fəxri konsulluqdan Trend-ə verilən məlumata görə, konsulluq binasına ziyan dəyməyib.

"Hal-hazırda fəaliyyətimizi ştat rejimində davam etdiririk və yaxın saatlarda həmvətənlərimizin növbəti qrupunu evakuasiya edəcəyik.

Həmvətənlərimizdən bir daha təmkinli olmağı, olduqları yerlərdə qalmaqlarını tövsiyyə edirik.

Evakuasiya ilə bağlı ətraflı məlumat qısa müddət ərzində veriləcək", - açıqlamada deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti