...

Fransanın ifrat sağçı partiyası Avropa Parlamentinə 3,5 milyon avro təzminat ödəyib

Dünya xəbərləri Materials 8 Yanvar 2026 04:46 (UTC +04:00)
Fransanın ifrat sağçı partiyası Avropa Parlamentinə 3,5 milyon avro təzminat ödəyib

Bakı. Trend:

Fransanın ifrat sağçı Milli Birlik (Rassemblement National – RN) partiyası məhkəmənin hökmünə əsasən, Avropa Parlamenti assistentləri ilə bağlı iş üzrə müəyyən edilmiş təzminatı ödəyib. Sözügedən məbləğ partiya ilə yanaşı, məhkəmə tərəfindən günahkar sayılan şəxslər tərəfindən birgə qarşılanıb.

Trend-in məlumatına görə, 31 mart 2025-ci il tarixli məhkəmə qərarına uyğun olaraq, RN və iş üzrə məsul şəxslər hökmün icrasını dərhal təmin ediblər. Qərara əsasən, təzminatın tam şəkildə ödənilməsi tələb olunurdu. Maliyyə öhdəlikləri böyük olan partiya ödənişləri iki mərhələdə həyata keçirib: ilk ödəniş iyulda, növbəti isə oktyabr ayında edilib.

Ödənilən məbləğin 200 min avrosu Avropa Parlamentinə dəymiş mənəvi ziyanın əvəzinin çıxılması üçün nəzərdə tutulub. Bundan əlavə, RN 80 min avro məbləğində hüquqi xərcləri də ödəyib.

Məhkəmənin hökmünə əsasən, Marin Le Pen dörd il müddətinə azadlıqdan məhrum edilib, 100 min avro cərimə ödəməli olacaq və beş il ərzində seçkilərdə iştirak hüququndan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti