...

2025-ci ildə ilk dəfə olaraq bütün bələdiyyələrin internetə çıxışı təmin edilib

Cəmiyyət Materials 8 Yanvar 2026 14:30 (UTC +04:00)
2025-ci ildə ilk dəfə olaraq bütün bələdiyyələrin internetə çıxışı təmin edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə Nazirliyi tərəfindən yerli özünüidarəetmə orqanlarının fəaliyyətində səmərəliliyin və hesabatlılığın artırılması, bələdiyyələrin yerli əhəmiyyətli məsələlərin həllində daha fəal iştirakının təşviqi, habelə bu sahədə ictimaiyyətin ətraflı məlumatlandırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu çərçivədə bələdiyyələrin müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəsinin genişləndirilməsi, əhalinin yerli özünüidarəetmə orqanlarının fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi, eləcə də şəffaflıq və hesabatlılığın gücləndirilməsi istiqamətində mütəmadi metodiki iş aparılır.

Bildirilib ki, eyni zamanda, bələdiyyələr üçün seminarlar təşkil olunur, eləcə də praktik tövsiyələr hazırlanaraq onlara göndərilir.

“Görülmüş tədbirlər nəticəsində 2025-ci ildə ilk dəfə olaraq respublika üzrə bütün bələdiyyələrin internetə çıxışı təmin edilib. Bununla da qanunvericiliyin tələblərinə uyğun olaraq bələdiyyə aktlarının inzibati nəzarəti həyata keçirən orqana “bələdiyyələrlə iş informasiya sistemi” vasitəsilə elektron qaydada təqdim edilməsi imkanı yaradılıb”, - məlumatda vurğulanıb.

Qeyd edilib ki, bununla yanaşı, sosial medianın informasiyaya əlçatanlığı təmin edən əsas vasitələrdən biri olması nəzərə alınaraq, bələdiyyə fəaliyyəti barədə ictimaiyyətin operativ məlumatlandırılması məqsədilə onların internet səhifələrinin yaradılması təşviq edilir. Yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları ilə yanaşı, bələdiyyələrin sosial şəbəkə hesablarında da mütəmadi olaraq məlumatların paylaşılması təmin olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti