Bakı. Trend:
Türkiyənin “Qalatasaray” futbol klubu İngiltərənin “Mançester Siti” komandasında çıxış edən yarımmüdafiəçi Bernardu Silvanın transferi ilə maraqlanır.
Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-ləri xəbər verib.
Məlumata əsasən, İstanbul təmsilçisi artıq portuqaliyalı futbolçu ilə ilkin danışıqlara start verib.
31 yaşlı oyunçunun “Mançester Siti” ilə müqavilə müddəti bu yay başa çatır. “Bavariya”dan Leroy Saneni azad agent statusunda heyətinə qatdıqdan sonra “Qalatasaray”ın Bernardu Silvanı da oxşar şəkildə transfer etməyi planlaşdırdığı bildirilir.