...

Ehtiyatda olan hərbçi Bəşir Bəşirovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib

Cəmiyyət Materials 8 Yanvar 2026 13:10 (UTC +04:00)
Ehtiyatda olan hərbçi Bəşir Bəşirovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda ittiham olunan ehtiyatda olan hərbçi Bəşir Bəşirovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama görə, təqsirləndirilən şəxs vətəndaşların etibarından sui-istifadə edərək səkkiz nəfərin 312 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirilib.

Daha sonra iş üzrə zərərçəkmiş qismində tanınan üç nəfər ifadə verib.

Növbəti prosesi digər zərərçəmişlərin ifadəsi ilə davam edəcək.

Qeyd edək ki, iş üzrə 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Vətəndaşların şikayəti əsasında Bəşir Bəşirov saxlanılıb və istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti