...

İnvestisiya şirkətlərinin dövriyyələrinə görə RENKİNQİ

İqtisadiyyat Materials 8 Yanvar 2026 16:16 (UTC +04:00)
İnvestisiya şirkətlərinin dövriyyələrinə görə RENKİNQİ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il üzrə Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri məlum olub.

Trend BFB-yə istinadən xəbər verir ki, dövr ərzində ən çox dövriyyəsi olan şirkət “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olub (44,7 milyard manat).

Siyahıda ikinci pillədə 38,4 milyard manat dövriyyə ilə "ABB İnvest İnvestisiya Şirkəti" QSC, üçüncü yerdə isə 6,7 milyard manat dövriyyə ilə “CPM-İnvest İnvestisiya Şirkəti” QSC qərarlaşıb.

Qeyd edək ki, BFB-nin daxili qaydalarına əsasən üzvlərin renkinqi aylıq hesablanır və hər növbəti ayın əvvəlində elan olunur. Renkinq repo əməliyyatları, dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə manatla hesablanır.

Aşağıdakı cədvəldə investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələrinin həcmi göstərilib:

Rank Adı Dövriyyə (manatla) Əməliyyatların sayı
1 “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 44,719,984,119.00 8722
2 "ABB İnvest İnvestisiya Şirkəti" QSC 38,393,923,670.00 25215
3 CPM-İnvest İnvestisiya Şirkəti QSC 6,666,376,700.00 3563
4 Assist Finance İnvestisiya şirkəti ASC 4,328,818,066.00 1604
5 "Unicapital İnvestisiya Şirkəti" ASC 4,307,640,368.00 6751
6 "İnvest-Az İnvestisiya Şirkəti" QSC 2,504,754,983.00 2233
7 "Xalq Kapital İnvestisiya Şirkəti" QSC 2,086,564,727.00 275
8 Capital Partners İnvestisiya Şirkəti QSC 1,318,170,996.00 1577
9 Troni İnvestisiya Şirkəti QSC 618,149,134.00 7104
10 “İnno Kapital İnvestisiya Şirkəti” ASC 329,690,334.00 1183
11 "CFI FİNANCİAL İnvestisiya Şirkəti" QSC 213,176,492.00 103
12 MFX Trading İnvestisiya Şirkəti 197,891,264.00 78
13 ASC “Xalq” Bankı 5,616,610.00 137
Məqalədə:
Xəbər lenti

Xəbər lenti