Bakı. Trend:
ABŞ-nin hərbi əməliyyatı nəticəsində Venesuelada ən azı 100 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə Mülki Təhlükəsizlik üzrə vitse-prezident, Daxili İşlər, Ədliyyə və Sülh naziri Diosdado Kabello bildirib.
"Bu, xain bir hücum idi. İndiyə qədər 100 nəfər həlak olub. Bunlar həyata yeni başlayan, bununla heç bir əlaqəsi olmayan gənclər idi", - deyə o bildirib.