...

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb

İqtisadiyyat Materials 8 Yanvar 2026 16:02 (UTC +04:00)
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 63,823 milyard manat təşkil edib.

Trend BFB-yə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 7,333 milyard manat və ya 10,3% azdır.

Eyni zamanda hesabat dövründə bağlanmış əqdlərin sayı 29 585 olub ki, bu da 2024-cü illə müqayisədə 42 145 vahid və ya 2,4 dəfə azdır.

BFB-nin dövriyyəsinin 50,633 milyard manatı repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə 10,3 milyard manat və ya 16,9% azdır.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 2,818 milyard manat və ya 35,8% artaraq 10,682 milyard manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti