...

“Abşeron” yatağının tammiqyaslı işlənməsi istiqamətində atılan addımlar müzakirə edilib

Energetika Materials 8 Yanvar 2026 13:04 (UTC +04:00)
“Abşeron” yatağının tammiqyaslı işlənməsi istiqamətində atılan addımlar müzakirə edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “TotalEnergies” şirkəti ilə “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi istiqamətində atılan addımları müzakirə edib.

Trend bu barədə SOCAR-a istinadən xəbər verir.

Belə ki, 8 yanvar 2026-cı il tarixində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Martina Oppizi ilə görüşüb.

Bildirilib ki, görüşdə SOCAR ilə “TotalEnergies” şirkətinin birgə iştirakı ilə reallaşdırılan layihələrin icra vəziyyəti, o cümlədən “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi istiqamətində atılan addımlar müzakirə edilib.

Vurğulanıb ki, tərəflər, həmçinin enerji sahəsində qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, “Abşeron” yatağı Xəzər dənizinin şelfində, Bakıdan 100 kilometr cənub-şərqdə və “Şahdəniz” yatağından 25 kilometr şimal-şərqdə yerləşir.

“Abşeron”da qaz və kondensat hasilatına 2023-cü ilin iyul ayında başlanılıb. 2024-cü ilin iyununda Bakıda keçirilən neft-qaz konfransı çərçivəsində layihə iştirakçıları – "TotalEnergies" (35%), SOCAR (35%) və ADNOC (30%) – bildiriblər ki, “Abşeron”un ikinci mərhələsi maksimum hasilat dövründə üç və ya daha çox əlavə dərin dəniz quyusu hesabına gündə 110 min barrelə qədər neft ekvivalentində hasilat verə bilər, bunun 35 min barreli kondensat olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti