Bakı. Trend:
ABŞ administrasiyası Venesuela hakimiyyəti ilə sıx əlaqədədir.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.
"Venesuelaya gəldikdə, Tramp administrasiyası Dövlət Katibi Marko Rubio, Vitse-prezident Cey Di Vens və prezidentin bütün milli təhlükəsizlik komandasının koordinasiyası altında Venesueladakı müvəqqəti hakimiyyət orqanları ilə sıx əlaqədədir", - deyə o bildirib.