Bakı. Trend:
İngiltərə Premyer Liqasının 21-ci turunda "Brayton"la matç "Mançester Siti"nin hücumçusu Erlinq Haaland üçün əlamətdar olub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu sözügedən görüşdə (1:1) penaltini dəqiq yerinə yetirib. Bununla da forvard "şəhərlilər"in heyətində vurduğu qolların sayını 150-yə çatdırıb.
Erlinqə 150 qol üçün bütün yarışlarda 173 oyun lazım olub. O, həmçinin 25 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Haaland 2022-ci ilin yayından bəri "Mançester Siti"də oynayır.
