Bakı. Trend:
2025-ci il dekabrın 22-dən 2026-cı il yanvarın 7-dək amnistiya tətbiq olunmuş şəxslərdən 3 625-i kişi, 210-u qadındır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, amnistiya tətbiq olunmuş yetkinlik yaşına çatmayan şəxslərin sayı 11-dir.
Ümumilikdə isə, Amnistiya Qərarı 3 846 məhkum barəsində tətbiq olunub.
