...

“Pegasus Airlines” aviaşirkəti Rusiyaya uçuşları dayandırıb

Gündəm Materials 11 Mart 2022 00:58 (UTC +04:00)
“Pegasus Airlines” aviaşirkəti Rusiyaya uçuşları dayandırıb

Bakı. Trend:

Türkiyənin "Pegasus Airlines" aviaşirkəti 2022-ci il martın 13-dən 27-dək Rusiyaya uçuşları dayandırır.

Trend-in məlumatına görə, bu barədə aviadaşıyıcının mətbuat xidməti bildirib.

"[Rusiyaya qarşı sanksiyaların tətbiqi] şəraitində əməliyyat risklərinə görə, 13 mart 2022-ci il (daxil olmaqla) 27 mart 2022-ci il tarixinədək Rusiya Federasiyasına və Rusiya Federasiyasından bütün uçuşlarımız müvəqqəti olaraq dayandırılır. Bu tarixlərdə Moskva, Sankt-Peterburq, Mineralnıye Vodı, Qroznı, Mahaçqala və Krasnodara reyslərdə olan qonaqlarımız biletin pulsuz dəyişdirilməsi və pulun tam geri qaytarılması hüququna malikdirlər", - deyə şirkətdən bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti