...

Bakıdan Kiyevə 30 tondan çox humanitar yardım göndərilib (FOTO)

Gündəm Materials 19 Mart 2022 11:28 (UTC +04:00)
Bakıdan Kiyevə 30 tondan çox humanitar yardım göndərilib (FOTO)

Bakı. Trend:

Bakıdan Kiyevə 30 tondan çox humanitar yardım göndərilib.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

"Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin müraciətinə cavab olaraq son günlərdə Ukraynada baş verən hadisələrlə bağlı hərbi əməliyyatlar nəticəsində əziyyət çəkən insanlara kömək məqsədi ilə Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, eləcə də şəhər sakinləri tərəfindən toplanılan 30 tondan çox ərzaq və digər zəruri mallardan ibarət humanitar yardım Bakı Şəhəri ilə qardaşlaşmış Kiyev şəhərinin sakinlərinə göndərilib", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti