...

Ukraynadan bu günədək 37 azərbaycanlı sürücü təxliyə edilib

Gündəm Materials 29 Mart 2022 10:35 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynada olan azərbaycanlı sürücülərdən daha bir nəfəri təxliyə edilib.

Bu barədə Trend-ə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasının (ABADA) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ruslan Eldaroğlu məlumat verib.

Onun sözlərinə görə, Kiyev şəhərində qalan sürücü Əliyev Arif Eynulla oğlunun Ukrayna hüdudlarından çıxarılması təmin edilib.

A.Əliyevin öncəki marşrut üzrə Moldova-Rumıniya-Bolqarıstan-Türkiyədən keçməklə ölkəmizə gəlməsi təmin olunub. Hazırda təxliyə olunan sürücü Bolqarıstan ərazisindədir.

Qeyd edək ki, indiyə qədər 33 yük nəqliyyat vasitəsi olmaqla, 37 sürücünün təxliyəsi həyata keçirilib. Hazırda Ukrayna ərazisində iki azərbaycanlı sürücü qalıb. Onların təxliyəsi istiqamətində dövlət orqanları tərəfindən işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti