...

Rusiya İstintaq Komitəsi Rövşən Əsgərov barəsində cinayət işi açıb

Gündəm Materials 27 Aprel 2022 16:08 (UTC +04:00)
Rusiya İstintaq Komitəsi Rövşən Əsgərov barəsində cinayət işi açıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi "Nə? Harada? Nə vaxt?" oyununun azərbaycanlı iştirakçısı Rövşən Əsgərov barəsində cinayət işi açıb.

Trend-in məlumatına görə, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, onun barəsində nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açılıb.

"İstintaqla müəyyən olunub ki, R.Əsgərov öz "Facebook" səhifəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar yayıb. Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən Rövşən Əsgərov barəsində Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsi ilə cinayət işi açılıb", - məlumat deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti