...

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 22 May 2022 16:38
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 483 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 221, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 270, üç və daha çox doza vaksin vurduranların sayı 1 803, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 189 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 707 006, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 345 824, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 847 442, üç və daha çox doza vaksin vurduranların sayı 3 269 214, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 244 526 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti