...

Azərbaycanda koronavirusa yoluxma sayının bu qədər azaldığını görmək sevindiricidir - ÜST rəhbəri

Gündəm Materials 16 İyun 2022 12:00 (UTC +04:00)
Azərbaycanda koronavirusa yoluxma sayının bu qədər azaldığını görmək sevindiricidir -  ÜST rəhbəri
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda koronavirusa yoluxma sayının bu qədər azaldığını görmək sevindiricidir.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Gebreyesus “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünya əhalisinin böyük hissəsi virusa qarşı peyvəndlənib, amma hələ də təhlükə üzərində qələbəni elan etmək tezdir.

"Əlbəttə, pandemiya dünyadakı yeganə böhran deyil. Biz iqlim dəyişiklikləri, siyasi münaqişələrdən qaynaqlanan problemlərlə üzləşirik. Biz bütün ölkələri koronavirusla mübarizəni davam etdirməyə çağırırıq, çünki bu, gündəmdəki qlobal təhdidlərin həlli üçün vacib addımdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti