...

Uşaqlara qarşı hər cür zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyirik - Təhsil Nazirliyi

Gündəm Materials 17 İyul 2022 17:00 (UTC +04:00)
Uşaqlara qarşı hər cür zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyirik - Təhsil Nazirliyi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Təhsil Nazirliyi Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi faktını, eləcə də uşaqlara qarşı hər cür zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu bildirir.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Təhsil Nazirliyi bununla bağlı aidiyyəti qurumların apardığı araşdırmanın günahkarların cəzalandırılması ilə nəticələnəcəyinə inamını ifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti