...

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsi keçirilib (FOTO)

Gündəm Materials 17 Avqust 2022 15:39 (UTC +04:00)
“Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsi keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Tend:

“Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Qazaxıstanın Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin növbəti mərhələsi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, fərdi mərhələdə komandamızın ikinci heyəti də uğurla çıxış edib. Maneələr zolağını və minalanmış ərazini dəf edən artilleriyaçılarımız pulemyot, minaatan, qumbaraatan və avtomatlardan təyin olunmuş hədəfləri sərrast atəşlə məhv ediblər.

Peşəkarlıq nümayiş etdirən hərbi qulluqçularımız hakimlərin qərarına əsasən doqquz komanda arasında üçüncü yerə layiq görülüb. Birinci yerdə Qazaxıstan, ikinci yerdə isə Rusiya artilleriyaçıları qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti