...

Məcburi köçkünlərin geri qayıtması üçün humanitar yardımlar göstərməyi düşünürük - BMT QAK

Gündəm Materials 22 Oktyabr 2022 13:20 (UTC +04:00)
Məcburi köçkünlərin geri qayıtması üçün humanitar yardımlar göstərməyi düşünürük - BMT QAK
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Məcburi köçkünlərin geri qayıtması üçün humanitar yardımlar göstərməyi düşünürük.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən BMT Günü münasibətilə Beynəlxalq Xeyriyyə Yarmarkası çərçivəsində jurnalistlərə açıqlamasında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Guido Ambroso deyib.

O qeyd edib ki, BMT Azərbaycanla mina təhlükəsizliyi ilə bağlı maarifləndirmə, partlayıcı qurğuların riskləri ilə bağlı, həmçinin geridönüşlə bağlı beynəlxalq standartlar haqqında tövsiyələr kimi istiqamətlərdə işləyir.

G.Ambroso bildirib ki, Azərbaycan hökuməti ilə digər layihələrlə bağlı müzakirələr aparırlar: “30 il sonra nəhayət ki, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmaq imkanı əldə ediblər. Bu, sevindiricidir. BMT 90-cı illərdə məcburi köçkünlərə humanitar yardımlar göstərib. Biz İkinci Qarabağ müharibəsi zamanı da humanitar yardım göstərdik. Məcburi köçkünlərin geri qayıtmasına da humanitar yardımlar göstərməyi düşünürük”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti