Bakı. Trend:
Perunun eks-prezidenti üsyanı təşkil etməkdə ittiham olunur.
Trend-in məlumatına görə, bu barədə "El Comercio" qəzeti xəbər verib.
Nəşrin məlumatına görə, Pedro Kastilyo hazırda polis tərəfindən saxlanılıb və bir sıra cinayətlər törətməkdə ittiham olunaraq 10 sutka müddətinə istintaq təcridxanasına yerləşdirilib. Bunlardan ən ciddisi üsyanı təşkil etmək cəhdidir (Peru Cinayət Məcəlləsinin 346-cı maddəsi), buna görə 10 ildən 20 ilədək həbs cəzası nəzərdə tutulur.
Bundan başqa, keçmiş dövlət başçısı vəzifə səlahiyyətlərindən sui-istifadə və ictimai asayişi pozmaqda ittiham olunur.