...

Nikah yaşı 18 qəbul edilməli, istisna aradan qaldırılmalıdır - Komitə sədri

Gündəm Materials 20 Dekabr 2022 12:53 (UTC +04:00)
Nikah yaşı 18 qəbul edilməli, istisna aradan qaldırılmalıdır - Komitə sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qanunvericilikdə nikah yaşı 18 qəbul edilməlidir. Bəzən 17 yaşında olanlara ailə qurmağa icazə verilir, amma biz 18 yaşdan aşağı olanların ümumilikdə nikaha girməsinin qadağan edilməsinin tərəfdarıyıq.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin bu gün keçirilən iclasında gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatını təqdim edərkən deyib.

B.Muradova bununla bağlı deputatlardan dəstək istəyib. “Mən sizdən istisna halların aradan qaldırılması ilə bağlı dəstək istəyirəm. Bizdə uşaq nikahı və erkən nikah ifadəsi var. Biz 17 yaşa tətbiq edilən istisna halları aradan qaldırsaq, erkən nikah ifadəsi bizim dilimizdən çıxarılacaq”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti