...

Bəxtiyar Hacıyev ev dustaqlığına buraxılmadı

Gündəm Materials 23 Dekabr 2022 11:36 (UTC +04:00)
Bəxtiyar Hacıyev ev dustaqlığına buraxılmadı

Bakı. Trend:

Bu gün Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilərək həbs edilən Bəxtiyar Hacıyevin Xətai rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Məhkəmə şikayəti əsassız hesab edərək, ittiham olunan şəxsin həbsinin davamına qərar verib.

Xatırladaq ki, bir neçə gün öncə B. Hacıyev xuliqanlıqda təqsirləndirilərək saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi başlanıb, Xətai rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti