...

BQXK-nin avtomobilində Xankəndidən Ermənistana müalicə üçün körpə aparılıb (VİDEO)

Gündəm Materials 24 Dekabr 2022 09:42 (UTC +04:00)
BQXK-nin avtomobilində Xankəndidən Ermənistana müalicə üçün körpə aparılıb (VİDEO)

Şuşa. Trend:

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin müşayiətilə Xankəndidən Ermənistana müalicə üçün körpə aparılıb.

Trend-in Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bu gün səhər saatlarında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) daha üç avtomobili Xankəndidən Laçın istiqamətində maneəsiz şəkildə hərəkət edib.

Beynəlxalq Qırmızı Xaç Komitəsindən daxil olmuş müraciətdə 24 dekabr saat 09:00-da xəstəliyinin müalicəsi ilə əlaqədar 2022-ci il təvəllüdlü Vladimir Balayan və onun valideynləri komitənin əməkdaşlarının müşayiəti ilə 3 ədəd komitəyə məxsus minik avtomobili ilə Xankəndidən Ermənistana keçidinə və həmin gün eyni tərkibdə geriyə Xankəndiyə qayıtmalarına icazə verilməsi xahiş olunub.

Müraciətdə bildirilib ki, geri qayıdarkən avtomobillərin baqajında Xankəndi xəstəxanası üçün dərman və tibbi ləvazimatlar daşınacaqdır.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti