...

Azərbaycanda idmanın inkişafına daim böyük diqqət ayrılır - Afət Həsənova

Gündəm Materials 10 Yanvar 2023 11:21 (UTC +04:00)
Azərbaycanda idmanın inkişafına daim böyük diqqət ayrılır - Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda idmanın inkişafına daim böyük diqqət ayrılır. Ölkəmiz bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar qazanıb. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə idman siyasətinin düzgün müəyyən olunması bu sahədə uğurlarımızı ildən-ilə artır. Bu baxımdan ötən ili də idmanın inkişafı baxımından uğurlu il kimi səciyyələndirmək olar.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, ötən il də idmançılarımız ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edib, ölkəmizə çoxlu sayda medallar qazandırıblar. “Məlum olduğu kimi ötən il idmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar və onlardan 300-ə yaxını qızıl medaldır. Təsəvvür edin, 300 dəfəyə yaxın beynəlxalq səviyyədə Azərbaycan bayrağı dalğalanıb, dövlət himnimiz səslənib. Əlbəttə bu qürurvericidir və Azərbaycanın dünyada nüfuzunun güclənməsinə böyük töhfə verir. Ölkəmizdə idmana və idmançılara göstərilən yüksək dövlət qayğısı idman sahəsində uğurlarımızı daha da artırır”, - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, Azərbaycanda idmanın inkişafı davamlı xarakter daşıyır. “İdmanın inkişafı daim dövlətin diqqət mərkəzindədir. Ölkəmizin bütün regionlarında idmanın idmanın inkişafı üçün lazımi şərait yaradılıb, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilib. Bu tədbirlər uşaqların, yeniyetmələrin, gənclərin idmana marağını artırır və onlar daha çox idmana cəlb olunurlar. Əlbəttə bunun da ən böyük müsbət cəhəti gənclərimizin, yeniyetmələrimizin fiziki baxımdan sağlam yetişməsinə töhfəsidir”, - deyə deputat vurğulayıb.

A.Həsənova əlavə edib ki, Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. “Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilib. Azərbaycan bütün beynəlxalq idman tədbirlərinə layiqli səviyyədə ev sahibliyi edib, yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirib. Cənab Prezident İlham Əliyev bununla bağlı deyib: “Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman sahəsində nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbətdə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər”.

Məlum olduğu kimi, 2023-cü ildə də ölkəmizdə mühüm beynəlxalq yarışların, o cümlədən Avropa çempionatlarının, turnirlərinin, dünya kuboklarının keçirilməsi nəzərədə tutulur ki, bu da ölkəmizə idman ölkəsi kimi göstərilən böyük etimadın nümunəsidir”, - deyə A.Həsənova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti