...

Ukrayna KİV-ləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə prosesi ilə bağlı reportaj hazırlayıb (VİDEO)

Gündəm Materials 25 Yanvar 2023 01:18 (UTC +04:00)
Ukrayna KİV-ləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə prosesi ilə bağlı reportaj hazırlayıb (VİDEO)

Bakı. Trend:

“Ukrayna indi” kanalı iki il əvvəl erməni işğalından azad edilən Azərbaycan ərazilərindəki minalardan təmizləmə prosesi ilə bağlı reportaj hazırlayıb.

Trend-in məlumatına görə, video metarialda qeyd edildiyi kimi, hər həftə yerli əhali minaya düşür. Xəsarət alanların sayı 300-ə çatıb, 50 nəfər ölüb.

"Minalarla çirklənmiş torpaq sahəsi Qətər kimi bir ölkənin ərazisi ilə müqayisə edilə bilər. Belə bir ərazinin təmizlənməsi bir neçə onilliklər çəkə bilər", - deyə bildirilib.

O da qeyd olunub ki, Ermənistanın Azərbaycana verdiyi mina xəritələrinin dəqiqliyi cəmi 25 faizdir.

Trend reportajın tam versiyasını təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti