...

"iPhone 5s"ə yeniləmə gəldi

Gündəm Materials 25 Yanvar 2023 10:51 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

iOS 16.3 yeniləməsi ilə "Apple iPhone" modellərindəki təhlükəsizlik boşluqlarını bağlayıb.

Trend-in məlumatına görə, bu boşluqlar təhlükəli olduğu üçün şirkət köhnə modelləri üçün yeni versiyalara yenilənə bilməyən iOS 12.5.7, iOS 15.7.3, iPadOS 15.7.3, macOS 11.7.3 və digər yeniləmələri gətirib.

İstifadəçilər iOS 12-dən iOS 15-ə qədər "Apple" "iOS" versiyalarının bir başa keçid etdiyini görə bilərlər.

"iPhone 5s" iOS 12.5 ilə təchiz edilmiş ən köhnə smartfondur. Bundan başqa "iPhone 6", "iPhone 6 Plus", 'iPad Air", "iPad mini 2", "iPad mini 3" və "iPod touch" (6-cı nəsil) kimi qurğular var . 'MacBook Air", "Mac Pro" və "MacBook Pro" "macOS Big Sur" tərəfindən dəstəklənən ən erkən "Mac"-lardır. Yeni "Apple" "iOS" yeniləmə versiyalarının siyahısı aşağıdakı kimidir:

1) iOS 12.5.7

2) iOS 15.7.3

3) iPadOS 15.7.3

4) macOS Big Sur 11.7.3

5) macOS Monterey 12.6.3

Avtomatik yeniləmələri aktivləşdirən istifadəçilərin bu yeniləməni əldə etmək üçün nəsə etməsinə ehtiyac olmayacaq. Bundan başqa, yeniləməni əl ilə quraşdırmaq istəyənlər yeniləməni parametrlər tətbiqi ilə əldə edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti