...

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı təhlükəsizlik xidmətinin rəisi həlak olub

Gündəm Materials 27 Yanvar 2023 10:40 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın İrandakı səfirliyinə hücum nəticəsində təhlükəsizlik xidmətinin rəhbəri öldürülüb,

Trend Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Xəbər lenti

Xəbər lenti