...

Avropadakı diasporumuz bəyanat yayıb

Gündəm Materials 30 Yanvar 2023 16:45 (UTC +04:00)
Avropadakı diasporumuz  bəyanat yayıb

Bakı. Trend:

Avropada yaşayan soydaşlarımız Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş silahlı hücum ilə əlaqədar bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə,“Oslo Azərbaycan Evi”nin, Norveç Azərbaycanlıları Gənclər Birliyinin (NAYO) və Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveçdəki koordinatorluğunun, Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının və Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Rumıniya üzrə koordinatorluğunun, Almaniyadakı Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Çexiyadakı “Xarı-Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının yaydığı bəyanatlarda Səfirliyimizin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun qətli, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktına görə dərin narahatlıq ifadə edilib.

İran İslam Respublikasının müstəqil Azərbaycan dövlətinə münasibətdə təcavüzkar Ermənistanla eyni mövqedən çıxış etməsini kəskinliklə pisləyən soydaşlarımız Avropa ictimaiyyətini və beynəlxalq birliyi regionda sülh və sabitlik əleyhinə yönəlmiş cinayətlərə görə cavabdehlik daşıyanların ən qısa zamanda məsuliyyətə cəlb olunması istiqamətində əməli addımlar atmağa çağırıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti