...

Azərbaycandan Türkiyəyə əlavə xilasetmə qrupu göndəriləcək

Gündəm Materials 6 Fevral 2023 13:14 (UTC +04:00)
Azərbaycandan Türkiyəyə əlavə xilasetmə qrupu göndəriləcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan Türkiyəyə əlavə xilasetmə qrupu göndəriləcək.

Trend-in məlumatına görə, bunu bu gün Fövqəladə Hallar Naziriniliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-mayor Etibar İsmayılov Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

"FHN-in ilkin olaraq 370 nəfər xilas edicisi xüsusi xilasetmə avadanlıqları ilə, xüsusi təminat növləri ilə bütün növ əalhiddə fəaliyyətlər üçün qardaş ölkəyə ezam olunuruq. Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılmasına kömək göstərmək üçün Fövqəladə Hallar Nazirliyinin əlavə xilasediciləri də qardaş ölkəyə ezam olunacaq", - deyə o bildirib.

E.İsmayılov bildirib ki, dağıntı baş vermiş ərazilərdə FHN-in Kinoloji Mərkəzinin təlim görmüş 8 itindən də istifadə olunacaq.

Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 284 nəfəri keçib. 2323 nəfər yaralı var.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda 7,4 bal gücündə zəlzələ olub. Zəlzələ 10-a yaxın bölgədə hiss edilib.Zəlzələ nəticəsində hazırkı məlumata görə, 284 nəfər ölüb, 2323 insan xəsarət alıb, 1710 bina dağılıb.

Prezident İlham Əliyevin tapşırığı ilə FHN-in ilk heyəti Heydər Əliyev Hava Limanından Türkiyəyə yola salınıb.

Xəbər lenti

Xəbər lenti